Goranboy Polis Şöbəsində qüsurlar aşkarlanıb

Goranboy Polis Şöbəsində qüsurlar aşkarlanıb


Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Goranboy Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirib. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı saxlama şəraitinin araşdırılması məqsədilə MSY-nin müvafiq kameralarına baxış keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş və telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.

MPQ üzvləri həmin müəssisədə inzibati qaydada saxlanılan beş nəfər şəxsi fərdi qaydada qəbul edib, onlarla təkbətək söhbətlər aparıb. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Müəssisənin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...