Onkoloq Anar Əliyev: "Qalxanabənzər vəzin xərçəngi xəstələrinin ölümü bu xəstəlikdən olmur"

Onkoloq Anar Əliyev: "Qalxanabənzər vəzin xərçəngi xəstələrinin ölümü bu xəstəlikdən olmur"


"Qalxanabənzər vəzin xərçəngi xəstəliyi 97 faiz hallarda təkrarlanmır". Bunu "Report"a müsahibəsində Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, mərkəzin Radionuklid Terapiya şöbəsinin müdiri Anar Əliyev deyib.

O bildirib ki, əgər xəstələr radioaktiv yod müalicəsi də alırlarsa, təkrarlanma ehtimalı çox azdır: "Xəstəyə qalxanabənzər vəzin xəstəliyinin diaqnozu qoyulubsa, əməliyyat olunur. Radioaktiv yod müalicəsi alır. Bundan sonra müəyyən mərhələlərlə müayinələrdən keçir. Təqiblər normal olarsa, statistikaya görə xəstələrin 97 faizində xəstəlik sonradan təkrarlanmır.

Bu xəstəliyin təkrarlanma proqnozu 30 il verilir. Normalda bütün xərçəng xəstələrinin təkrarlama ehtimalı 5 ildir. Amma qalxanabənzər vəzin xərçənginin xəstəlikləri düzgün müalicə olunduqda, proqnoz 10, 20, 30 il verilir. Bu, yeganə xərçəng xəstəliyi növüdür ki, 95-97 faiz hallarda tam müalicəsi var. Bu xəstələrin ölümü də xərçəngdən olmur. Xəstələr sadəcə qalxanabənzər vəzin digər xəstəliklərində olduğu kimi, xəstəliyin dərmanını qəbul edirlər, amma nisbətən bir az yüksək dozada qəbul olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...