Biləsuvarda uşaq bağçasının açılışı olub - FOTOLAR
11 sentyabr 2015-ci il tarixdə Biləsuvar şəhərinin C.Cabbarlı küçəsində yeni inşa olunmuş 100 yerlik uşaq bağçasının açılış mərasimi keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, bağçanın kollektivi, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan uşaq bağçasının müdiri Elminaz Miriyeva yeni bina barədə məlumat verərək bildirdi ki, 100 yerlik bağçada uşaqlar üçün bütün şərait yaradılmışdır.Bütün inventar və avadanlıqlar yenilənmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilimizə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün ən müasit tələblərə cavab verən yeni bağça tikilərək əhalimizin istifadəsinə verilir.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir.Bu gun rayonumuzda əsaslı işlər aparılır. Açılışına yığışdığımız bu tərbiyə ocağında kollektiv üçün gözəl şərait yaradılmışdır.Son illər rayonda bir neçə təhsil ocağı tikilərək istifadəyə verilmişdir.Bu bağça isə rayonda yeni inşa olunan dördüncü tərbiyə ocağıdır. İkimərtəbəli, 100 yerlik bina müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, mətbəx, oyun otaqları, tibb məntəqəsi və yardımçı otaqlardan ibarətdir. Bağça binasında müasir istilik sistemi də quraşdırılıb. Həyətyanı sahədə isə uşaqlar üçün istirahət güşələri yaradılıb.
Tədbirdə şəhər sakinləri çıxış edərək uşaqlar üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bağçanın açılışını bildirən qırmızı lenti kəsdi və bağçaya baxış keçirdi.
1591 dəfə oxundu