Yeni dövlət komitəsi yaradılır

Yeni dövlət komitəsi yaradılır


Prezident İlham Əliyev Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması haqda sərəncam imzalayıb. Dövlət Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmuş Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin tabeliyinə veriləcək.

Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 45 ştat vahidindən ibart olacaq. Nazirlər Kabinetinə tapşırılıb ki, agentliyin fəaliyyəti ilə əlaqədar məsələləri həll etsin. Dövlət başçısı Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin əsasnaməsini də təsdiqləyib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...