Azərbaycanda iqtisadi artım 4,2% olub

Azərbaycanda iqtisadi artım 4,2% olub


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 36,0 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul istehsal olunub. “Report” xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat verib.

İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,3% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 57,7%-dən 68,4%-dək yüksəlib.

Ümumi daxili məhsulun 31,6%-i neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1% azalıb. Bu dövrdə ÜDM-in 34,6%-i sənayedə,13,4%-i tikintidə, 9,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 6,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,8%-i nəqliyyat və anbar təsərrüfatı, 2,8%-i yaşayışın təşkili və ictimai iaşə, 2,0%-i informasiya və rabitə, 17,2%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0%-ni təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...