Cəlilabadda ağır qəza: “Hyundai” ilə toqquşan “KamAZ” aşdı - VİDEO

Cəlilabadda ağır qəza: “Hyundai” ilə toqquşan “KamAZ” aşdı -
Ələt-Astara yolun ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 15-BK-035 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində yük maşını beton arakəsmələrə çırpılaraq aşıb və tamamilə yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Hüquq-mühafizə orqanlarından faktı Oxu.Az-a təsdiq ediblər.

Faktla bağlı araşdırma aparılır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...