Nazirlikdən “Riyaziyyat 10” dərsliyindəki səhvlərlə bağlı AÇIQLAMA

Nazirlikdən “Riyaziyyat 10” dərsliyindəki səhvlərlə bağlı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Riyaziyyat 10” dərsliyinin nəşriyyat səhvlərinin olması barədə yayılan məsələyə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Riyaziyyat 10” dərsliyinin istehsalı zamanı səhifələrin düzülüşündə texniki xəta baş verib:

“Qısa müddət ərzində böyük tirajlı vəsaitlərin dərci zamanı olduqca az sayda məhsulda (məsələn: 150000 tirajda 1 faiz) texniki səbəblərdən qaynaqlanan yanlışlıqlar başadüşüləndir. Sözügedən problem dərsliklər çap edildikdən sonra baş verib və qısa zaman ərzində aradan qaldırılıb”.

Qeyd edək ki, dərs ili başlasa da, məktəblərə əksər kitablar verilməyib. Eyni zamanda, bu il üzrə paylanılmış dərsliklərin bir çoxunda nəşriyyat səhvləri müəyyən edilib. Belə ki, səhifələrin tərs çap edilməsi, çap edilməmiş vərəqlər (xüsusən 16-cı səhifədən sonra) müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...