Polislər maşının ilinə görə qeydiyyat rüsumunu artırır? - DİN araşdırır

Polislər maşının ilinə görə qeydiyyat rüsumunu artırır? -
“Dünən avtomobilimin qeydiyyatı üçün Ağcabədidəki yol polisinə aid regional mərkəzdə idim. Gördüklərimin və üzləşdiklərimin bircə adı var: biabırçılıq”.

Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.
Ekspert mərkəzdə gördükləri əsasında onda bəzi sualların yarandığını bildirib:
“Mənə maraqlı olan bəzi suallar var:
1) Cəmi 2-3 ay əvvəl texniki baxışdan keçən avtomobil alqı-satqı vaxtı niyə yenidən texniki müayinə məruz qalmalıdır? (Kimsə deyə bilər ki, bəlkə, həmin 3 ayda hansısa nasazlıq olub. Bu məntiqlə avtomobilləri nəinki hər ay, hətta hər həftə müayinəyə məcbur etmək məntiqli görünə bilər).
2) “Dövlət rüsumu haqqında” Qanunda qeydiyyat üçün rüsumun konkret məbləği göstərilirsə, niyə vətəndaşa deyilir ki, maşınınız təzə olduğu üçün ödəniş yüksəkdir?
3) Niyə qurumun binasında vətəndaşlar üçün ödənişlərin həcmi ilə bağlı elan lövhələri asılmır, eyni zamanda niyə ödənişlər nağd qaydada aparılır?”
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, deyilənlər araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...