Uşaqlarınız böyüyəndə boyları nə qədər olacaq? – Asanlıqla hesablaya bilərsiniz...
Uşaqlar böyüdükləri zaman boylarının nə qədər olacağnı əvvəlcədən müəyyən etmək mümkündür.
Yeniavaz.com “atlas.ru”-ya istinadən xəbər verir ki, araşdırmalar boy uzunluğunun 60-80% genetikadan asılı olduğunu göstərir.
Alimlərin araşdırmaları göstərir ki, ABŞ və Avstraliyada genetikanın böyüməyə töhfəsi təxminən 80% və ya hətta bir az daha çoxdur, lakin Çin və Afrikada bu rəqəm aşağı həddə - təxminən 65% olub.
Valideynləri ən çox maraqlandıran məsələ isə övladları yetkinlik yaşına çatdığı zaman boylarının nə qədər olacağıdır.
Araşdırmaçılar belə düşünürlər ki, valideynlərin boyunu və yaşadığı cəmiyyətdə kişi və qadınların orta boyunu bilməklə uşaqların boyunun nə qədər olacağını öyrənmək olar.
Məsələn, Azərbaycanda yaşayan bir atanın boyu 175 sm, ananın boyu isə 170 sm-dir. Hazırda Azərbaycanda kişilərin orta boyunun 171 sm, qadınların orta boyu 164 sm olduğunu və bu populyasiyada boyun irsiyyət qabiliyyəti kişilər üçün 80%, qadınlar üçün 75% təşkil etdiyini nəzərə alaraq aşağıdakı hesablamanı aparmaq olar. Əgər onların bir oğlu varsa, onda valideynlərin boyu ilə Azərbaycandakı insanların orta boyu arasındakı fərqi (ata üçün 175-171= 4 sm, ana üçün də 170-164=6 sm, cəmi 10 sm) əlavə etməlisiniz və onu 0,8-ə vurmalısınız. Çünki oğlanlarda boyun irsiyyəti 80 % təşkil edir. Alınan nəticəni 2-yə bölüb 4 santimetr əldə edirik. Qız üçün də eyni hesablamanı aparmaq olar və bu zaman alınan rəqəmi 0,75-ə vurub (qadınlar üçün boyun irsiyyəti 75%), 2-yə bölmək lazımdır (3,75 sm alınır). Bu o deməkdir ki, Azərbaycanda 175 sm boyu olan ata ilə 170 sm boyu olan valideyinin oğlan övladının gözlənilən boyu 175 sm, qızının isə 167,75 sm olacaq.
Bununla belə, ekoloji amillərin təsirini də nəzərə alsaq o zaman oğlanın boyuna 1,75 sm, qızın boyuna isə 2 sm əlavə edə bilərik.
Eyni hesablamanı 185 sm boyu olan ata və 175 sm boyu olan ana üzərindən aparsaq. O zaman bu valideyilərin oğlan övladlarının boyu təxminən 181 sm, qız övladlarının boyu isə 173,4 sm olacaq.
Alimlər hesab edirlər ki, bu cür hesablama reallıqdan bir neçə santimetr fərqlənə bilir.
Boyun uzunluğuna təsir edən digər amillər...
Böyümə 60-80% genetikadan asılı olsa da 20-40% digər amillərdən asılıdır. Alimlər hesab edirlər ki, böyümədə ən vacib amil qidalanmadır. Balanslaşdırılmış bir pəhriz boyunuzu bir neçə santimetr artıra bilər.
Mütəxəssislərin fikrincə, böyümə üçün ən vacib qidalar zülal (ət, yumurta, dəniz məhsulları, qoz-fındıq, paxlalılar) və kalsium (süd məhsulları, brokoli, kələm, portağal, balıq) ilə zəngin olan qidalardır.
Böyümədə 2-ci vacib amil yuxudur. Yuxu zamanı (yuxuya getdikdən təxminən bir neçə saat sonra) böyümə hormonu, somatotropin ən aktiv şəkildə istehsal olunur.
Doğru bildiyimiz yanlış: İdman insanın boyuna təsir etmir
Stereotiplərin əksinə olaraq, idmanla məşğul olmaq insanın boyuna təsir etmir. Basketbol və ya üzgüçülük insanın boyunu uzatmaz, ağırlıq qaldırmaq isə insanı qısaltmaz. Bəzi idman növləri ilə məşğul olan insanların boyu, həqiqətən, orta səviyyədən çox fərqlidir, lakin burada səbəb-nəticə əlaqəsi yoxdur. Fakt budur ki, ilkin olaraq uzun boylu insanlar voleybol və ya basketbol oynamağa daha çox meyllidirlər, yəni, onların üstünlüyü olacaq.
İnkişaf etmiş ölkələrdə uşaqlar adətən yaxşı qidalanır və bu, böyümə üçün genetik potensialı maksimum dərəcədə artırır. Buna görə də ABŞ və bir çox Avropa ölkələrində böyümənin irsiyyəti təxminən 80% təşkil edir. Əksinə, inkişaf etməkdə olan ölkələrdə uşaqlıqda qida çatışmazlığı irsiliyin aşağı düşməsinə səbəb olur.
Cənubi Koreyada son əsrdə (1914-cü ildən 2014-cü ilə qədər) qadınların orta boyu 20 sm, kişilərinki isə 15,1 sm artıb. Lakin Cənubi Afrika Respublikasında vəziyyət daha acınacaqlıdır: son bir əsrdə qadınlar cəmi 3,1 sm, kişilər isə cəmi 1,4 sm artıb. Müasir orta rus kişisi 1914-cü ildəki əcdadından 9,5 sm, qadın isə 11,7 sm hündürdür.
Qızlar adətən 15-16, oğlanlar isə 18-19 yaşlarında böyüməyi başa vururlar. Bu yaşa qədər biz qidalanmanın böyüməsinə təsir göstərə bilərik - balanslaşdırılmış pəhriz genetikadan maksimum dərəcədə "sıxmağa" imkan verəcəkdir.
Sümüklər uzunluq qazanmağı dayandırdıqdan sonra insan artıq hündürlüyünü dəyişə bilməz.
Hər gün boyumuz "qısalır" və "uzanır"...
Lakin bu o demək deyil ki, biz həyatımızda dəyişməz qalacağıq. Gün ərzində insanın boyu dəyişir. Gün ərzində fəqərəarası disklərdə sıxılma olur və axşama doğru boyumuz qısalır. Hündür boylu insanlarda bəzən qısalma 2 santimetrə qədər çata bilir. Yenidən “böyümək” üçün bir az uzanıb onurğa sütununu “uzatmaq” kifayət edir.
Yeri gəlmişkən, məhz onurğa sütununda yükün olmaması səbəbindən (çəkisizlik şəraiti) astronavtlar kosmosdan Yerə əvvəlkindən uzun qayıdırlar. Onların boyu 3% arta bilər. Yerdə onların boyu normaya qayıdır. Lakin fəqərəarası disklər “kiçildikdə” astronavtlarda bel ağrıları müşahidə olunur.
Qocalıqda insanlar da qısa olurlar. Bu, onurğa sütununda dəyişikliklər və əzələ kütləsinin tədricən itirilməsi ilə bağlıdır. Bu, məşq və balanslaşdırılmış pəhriz ilə qismən kompensaiya edilə bilər (kalsium və D vitamini xüsusilə vacibdir).
Genetik xəstəliklər var ki, insan anormal dərəcədə qısa və ya hündür olur. Biz artıq bir şeyi qeyd etdik - bu, somatotropinin çatışmazlığı ilə əlaqələndirilir və cırtdanlığa səbəb olur (diaqnoz böyüklərin boyu 147 sm-dən az olduqda qoyulur). Bu xəstəliyə bir çox səbəb ola bilər və böyümə hormonunun sintezinin pozulması onlardan yalnız biridir.
578 dəfə oxundu