Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Ələt qəsəbəsində səyyar qəbul keçirib

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Ələt qəsəbəsində səyyar qəbul keçirib
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Ələt qəsəbəsində səyyar qəbul keçirib

28 oktyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılovun Ələt qəsəbəsində səyyar qəbulu
keçirilmişdir. 
 Qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Ələt qəsəbə
sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak
etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov
qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinləmişdir. Sakinləri
narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli
ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş,
bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman
Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam
etdiriləcəkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...