İsa Həbibbəyli: “Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək”

İsa Həbibbəyli: “Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək”

“Bu gün ölkəmizdəki doktorantura təhsili SSRİ-dən qalma modeldir”.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, yalnız doktorant və onun elmi rəhbəri ilə peşəkar kadr hazırlamaq mümkün deyil:

“Onun sözlərinə görə, doktorantların tədris planı, təhsil kreditləri, imtahanları olmalıdır və bu istiqamətdə əməli addımların atılması planlaşdırılır. Eyni zamanda elmdə qocalmanın qarşısını almalıyıq. Akademiyada son 7 ildə elmlər doktorluğunu müdafiə edən və yaşı 40-dan aşağı olan yalnız 8 nəfər, yaşı 50-dən aşağı isə 20 nəfərə yaxın elmi işçi vardır. 10 il sonra necə olacaq? Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Dissertanlara, doktorantlara tələbkarlıq da, qayğı da artırılmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...