“30 yaşım var, bundan sonra məni kim alacaq?“ - Pərvin

“30 yaşım var, bundan sonra məni kim alacaq?“ -


"Şəxsi həyatım yoxdur, amma olsa, artıq gizlədəcəm. Özüm üçün yaşayıram. Çox güclü və ağıllı insanam. Həyat insanı öyrədir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva MTV Azərbaycan kanalında qonaq olarkən söyləyib. Aktrisa sevdiyi insanın qadağalarını da qəbul edəcəyini deyib:

“Elə bir insan olmalıdır ki, o danışanda ağzımı açım qulaq asım ki, nələr bilir. Qadağalar qoysa qəbul edərəm: İnstaqramı bağlayaram, istəmədiyi filmə çəkilmərəm. 30 yaşım var, bundan sonra məni kim alacaq?".

Şou-biznes barədə danışan Abıyeva bura gəlməmişdən öncə saf olduğunu bildirib:

“İnsan şou-biznesə girməzdən əvvəl saf olur. Bura insanı tədricən sırtıldır. Bunu bilmirəm insanlar necə anlayacaq. Məni istəmədən bu aləmə saldılar. Çünki aktrisayam, mənim yerim deyil. Şou-biznes müğənnilərdən ibarətdir. Qəribə, standart olmayan şeylər görürsən. Şok olursan və getdikcə alışırsan".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...