Rahannadan maraqlı etiraf - FOTOLAR
İngiltərənin ən zəngin qadın musiqiçisi adını daşıyan 32 yaşlı Rihanna səmimi etiraflar edib. Barbados əsilli müğənni pandemiya ilə əlaqədar özünütəcrid rejimində olarkən həyatında baş verən dəyişikliklər barədə məlumat verib.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Onun sözlərinə görə, karantinin ilk aylarını Böyük Britaniyada keçirib. Dünyanın bir nöqtəsindən digər nöqtəsinə sərbəst hərəkət etməyə alışmış bir sənətkar üçün təcrid qeyri-mümkün görünsə də, gözlədiyinin əksinə olaraq bu həyat tərzini sevib. Müğənni bu məmnunluğa özünün də təəccübləndiyini vurğulayıb.
“Pandemiya mənə həyatda kiçik şeyləri qiymətləndirməyin vacibliyini xatırlatdı. Realiti şoulara olan marağımı heç vaxt gizlətməmişəm, amma indi onları daha çox sevirəm. Onları seyr etdikcə divanda uzanıb baş verən hər şeydən uzaqlaşıram. Adətən vaxtım olmayan kiçik şeyləri, məsələn, yemək bişirmək, gəzmək və velosiped sürməkdən indi zövq alıram”, - deyə o bildirib.
Rihanna hər zaman özünə qarşı sərt olduğunu və işdən yayınmağa özünə icazə vermədiyini qeyd edib. Ancaq indi müğənni özünə istirahət verib və bundan mümkün qədər uzun müddət zövq almağa çalışır. Rihannanın dediyinə görə, hətta müvəqqəti olaraq düzgün pəhrizdən imtina etmək qərarına da gəlib.
“Özünə qarşı mehriban olmaq çox vacibdir. Rahat bir axşam, sevdiyiniz yeməyi sifariş etmək və sakit bir gecə - istədiyiniz hər şeyi edin. Özümü filmlər və dondurma ilə mükafatlandırıram”, - deyə Barbados ulduzu bildirib.
Qeyd edək ki, karantin tədbirləri sərtləşdirilmədən əvvəl sənətçi Britaniyanı tərk etməyə fürsət tapıb. Hazırda o, sevgilisi, rep ifaçısı Asap Rocky ilə birlikdə Nyu-Yorkdadır.
750 dəfə oxundu