“Gəlib məni də tutsunlar!“- Flora Kərimova
Xəbər verdiyimiz kimi, Tarif Şurasının iclasında Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 1 fevraldan içməli suyun qiyməti iki dəfə bahalaşıb.
Bu məsələ həm sosial şəbəkələrdə, həm əhali, həm də məşhurlar arasında heç də birmənalı qarşılanmadı.
Mövzu ilə bağlı fikirlərini yenisabah.az-la bölüşən Xalq artisti Flora Kərimova bu qərara etiraz edib:
“Düz 80 yaşım var, artıq fikir etməkdən yorulmuşam. İkicanlı balamın ölmüşünə and içirəm, gecələr səhərə qədər yata bilmirəm. Fikirdən gözümə yuxu getmir ki, bu millət niyə belə oldu, niyə sürünür? Hanı bu millətin qüruru? Niyə yıxılan hər kəsə balta vururlar? Bir tərəfdən suyun qiymətini qaldırırlar, marketlərdə ərzağın qiymətini qaldırırlar. Sonra da deyirlər ki, bizdən razı olun”.
Sənətçi işsizlik, karantin müddətində bahalaşmanın məntiqə zidd olduğunu qeyd edib:
“Bir dəfə görmədim ki, hansısa məmur çıxıb desin ki, “yox, etməyək, belə etmək olmaz”. Bu məntiqə ziddir, suyun qiyməti qalxsa, tarlalar yanacaq, ağaclar quruyacaq. Bunu kim düşünür? Camaat bu saat çalxalanır, indi bizə su lazım idi? Hamısını da yazırlar Prezidentin ünvanına. Bu layihələri məmurlar yazır, planlayır sonra da gətirib Prezidentin qarşısına qoyub başlayırlar dil tökməyə. İndiki dövrdə suyun qiymətini artırarlar?! Onsuz xəstəlik tüğyan edir, indi də yeni bir azar gəlir üstümüzə. Bir müddət əvvəl bunu dediyinə görə bir qadını tutmuşdular. Dedilər ki, sən niyə əhali arasında panika yaradırsan? Düz deyir də. Düz sözü dediyinə görə yazığı tutublar. Bəs sabah bəla gələndə o tutulan qadının üzünə necə baxacaqsınız? O xəstəlik var, düz deyir, mən də deyirəm. Gəlib məni də tutsunlar! Mən də həkiməm. Elə bilirsiniz ki, yerli qəzetlərinizdən başqa heç yeri oxumuram? Ya dünyadan xəbərim yoxdur? Bu xəstəlik haqqında dünya mətbuatı yazılar dərc edir. Bir gözünüzü açın dünyaya baxın! Siz isə bunu dediyinə görə kimisə tutursunuz. Bəs sabah həmin xəstəlik bizim yaxamızdan tutsa yaxşımı olacaq? Bu insanlara nə olub axı? Burunlarında kənarı niyə görmürlər? Karantini karantinə calayırlar. Övladlarım xaricdədir yanıma gələ bilmirlər. Hər səhər oyananda deyirəm ki, “Allahım, çox sağ ol, bu günü mənə bağışladın, sabahı da bağışla, bəlkə yollar açıldı, övladlarımı görə bildim”. Mən artıq yorulmuşam. Həyatımdan yorulmuşam, sabah əcəl qapımı döysə “xoş gəlmisən” deyəcəm”.
773 dəfə oxundu