Türkandan pulunu ödəmədiyi mağazaya cavab - VİDEO

Türkandan pulunu ödəmədiyi mağazaya cavab -
Xəbər verdiyimiz kimi, İnstaqramda onlayn geyim satışı ilə məşğul olan "moda_sulthan" mağazası müğənni Türkan Vəlizadənin onlardan 800 manatlıq geyimlər götürüb nə pulunu ödədiyini, nə aldıqlarını geri qaytardığını bildirib.
Axşam.az xəbər verir ki, ifaçı məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, geyimlərdən xəbərsiz olub. Bütün işləri prodüseri edib:

"Xoşagəlməz paylaşım gördüm. Məni tanıyanlar bilir ki, Türkan elə insan deyil. Hər birimizin başı qarışan məqamlar olur. Mənim geyimlərimlə Mikayıl bəy məşğul olur. Geyimlərimin 90 faizini pul verib alıram və hamıya xeyir verirəm. Sadəcə, vaxtımız olmadığı üçün bir neçə paltar çatdırılmayıb.

Hər kəsə kömək olmuşam. Kiminsə malı mənə lazım deyil, haqqa girmirəm. Bu cür şeyləri paylaşmaq mənasızdır. Əsas odur ki, kimlərəsə yardım edək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...