Necati Şaşmazın boşanma işi: “Mən seçilmiş insanam“ - VİDEO
"Kurtlar Vadisi" serialında "Polat Alemdar" obrazını canlandıran məşhur aktyor Necati Şaşmazın audioyazı yayılıb.
Yenisabah.az Halk TV-yə istinadla xəbər verir ki, aktyor həmin audioyazıda "seçilmiş şəxs" olduğunu iddia edir.
Bundan əvvəl Necati Şaşmaz 2 uşağının anası olan Nagehan Kaşıkçı ilə boşanıb.
Əslində, onların 2 ildir ayrı yaşadığı bildirilir.
Bu ayrılığın ər-arvad mübahisəsindən yox, qeyri-adi səbəbləri var.
Şaşmazın davamçısı olduğu qaqdiriyyə təriqəti və özünün Mehdi olma iddiası xeyli vaxtdır gündəmdədir.
O, 8 yaşlı oğlu A.N.-i də "ağabəy" adı ilə təriqətə daxil edib.
Necati Şaşmazın atası şeyx Əbdülqadir Elazığın Harput şəhərində bir qadiriyyə təkkəsinin rəhbəri kimi tanınıb, aktyor oğlu da onun davamçısıdır.
İstanbul 2-ci Ailə Məhkəməsində Şaşmaz cütlüyünün boşanma işində aktyorun təriqət mərasimlərində oğlu ilə birlikdə iştirakına dair videolar nəzərdən keçirilib.
Necati Şaşmaz özünü "Mehdi" və "seçilmiş insan" saydığına dair audioyazılar da məhkəmənin ixtiyarına verilib.
Bu gün ilk dəfə ortaya çıxan səs yazısında Şaşmaz atasının əmisi oğlu İrfan T.-yə "seçilən mənəm" dediyini isbatlayan sübutlar var.
O, söhbət əsnasında bildirir ki, peyğəmbərlərin və övliyaların bir-birinə ötürdüyü mistik bir ruhu var. Həmin ruh guya ona da ötürülüb.
1903 dəfə oxundu