“Laçınım” mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə
"Laçınım” mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım”ın bəstəkarı olduğunu açıqlayıb.
Qaynarinfo mahnının sözlərinin müəllifi Fəxrəddin Ümidlə əlaqə saxlayıb. Fəxrəddin Ümid mahnının bəstəkarının Könül Kərimova olduğunu təsdiqləyib.
- "Laçınım” mahnısı ilə bağlı geniş müsahibələr vermişəm. Amma bu mövzu hələ də bitmək bilmir. Hər dəfə kimsə nəsə deyir, məsələ qalxır, müzakirə gedir və bağlanır. Mart ayında iki internet televiziyasında da bununla bağlı çıxışım oldu. Mərhum sənətkar Məhəbbətin komandası var, onlar çox şərəfsiz adamlardır. Mən bu mahnını Məhəbbətin xahişi ilə yazdım və aparıb özünə təqdim elədim, dinlənildi və bəyənildi.
- "Laçınım” mahnısının sözləri sizindir?
- Bəli, bu şeirdə bir yer vardı, Məhəbbət Kazımov onu düz oxumurdu. Dedim, düz oxu. Onun üstündə dava-qırğın, qaş-qabaq. Narazılıq bir müddət davam etdi.
- Mahnı yazılıb, amma uzun müddət efirə buraxılmayıb. Bunun səbəbi nədir?
- Bu mahnı fars üslübundadır, ona görə də efirə buraxılmırdı. Vasif Adıgözəlov deyirdi ki, belə mahnı efirə verilə bilməz. Nə qədər etdilərsə, mümkün olmadı. Dirəndilər, axırda necə oldusa, yol tapıb mahnını efirə buraxdılar. Mahnını Məhəbbət Kazımov öz adına çıxmışdı. Mən də bununla bağlı mətbuata açıqlama verdim, narazılıq elədim, dedim ki, sən nə vaxtdan şeir yazırsan? Onu da deyəndə başını aşağı dikirdi. Mənim bir dostum var, bəstəkar Razim Paşayev. Dünyasını dəyişib. Sağlığında ona pulsuz bir mahnı vermişdi - "Bu sevgidə kim uduzdu, kim uddu”. Onun da sözləri Məmməd Arazın, musiqisi Razim Paşayevin idi, amma bu mahnını da öz adına çıxmışdı Məhəbbət. Narazılığımı bildirdiyimə görə, məni məşq prosesinə dəvət elədilər. Getdim, baxdım ki, Könül Kərimova oxuyur, Məhəbbət də arxada oturub qulaq asır. Məhəbbət mahnının bir necə yerinə fars çalarları əlavə etdi. Ona görə də mahnını efirə buraxmırdılar. Amma Könül Kərimova bu mahnını öz üslübunda oxudu və Məhəbbətin mahnıya saldığı fars çalarlarını dəyişdirdi, özünküləşdirdi. Könül xanım bu haqda heç vaxt danışmayıb. Əslinə qalanda bu mahnının əzab-əziyyətini, bəlkdə də hardasa 80-%-ni Könül Kərimova çəkib. İndi də bütün laçınlılar üstümə düşüb, mənim ünvanıma demədikləri sözlər qalmayıb.
- Laçınlılar sizi nədə ittiham edirlər?
- Deyirlər ki, sən laçınlı deyilsən, yazmağa nə ixtiyarın var? Gör bunu deyənlər nə axmaq insanlardır. Məni oğru adlandırırlar, guya Məhəbbət Kazımov deyib ki, 1993-cü ildə Osman Əliyev adında bir laçınlının kitabı olub, mən də "Laçınım”ı ordan köçürmüşəm. Mən də bunu araşdırdım, onun 1993-cü ildə kitabı olmayıb, 2000-ci ildə bir bröşürü olub. Osman Əliyevi tapdım, dedim ki, utanmırsanmı, yalan deyirsən? Dedi ki, "mən demişəm ki, nə vaxtsa belə bir şeir yazmışam”. Amma Zahir Abbas, Natiq Dağlaroğlu birləşib, bütün günü əleyhimə kampaniya aparırlar. Mən geri çəkilməyəcəm, lazım gələrsə, məsələni qanunla həll edərəm. Könül Kərimovanın bu mahnıya sahib çıxmağa haqqı var. Mən də ona zəng etdim, dedim ki, niyə susursan, bunlar məni təkləyir, üstümə gəlir. Məhəbbətin vaxtında onların münasibəti vardı deyə, susurdu. Hələ çəkiliş zamanı mərhum Məmmədbağır Bağırzadə də orada idi. O vaxt mən yol polisində işləyirdim, hamı məni tanıyırdı. Məmmədbağır məni çağırdı yanına, Məhəbbəti göstərib dedi ki, "bu nə həyasız adamdır, bu, fars mahnısıdır”. Onlar musiqini yaxşı bilirdilər. Məhəbbət Kazımov "Laçınım”ı Azərbaycan musiqisindən uzaqlaşdırmışdı, fars üslübuna yaxın etmişdi. Könül isə onu xalqa sevdirdi. Bundan əlavə də Könülə dedi ki, "məni başa düş, laçınlıyam, qoy mahnı mənim adımla getsin. Mahnının yaranma tarixi belə oldu.
1879 dəfə oxundu