"Ermənilər yoldaşımın qəbrini qazıb cəsədi çıxarıblar" - VİDEO

"Ermənilər yoldaşımın qəbrini qazıb cəsədi çıxarıblar" -

30 ildən sonra şəhid həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət edən Əməkdar artist Gülüstan Əliyeva onun qəbrinin ermənilər tərəfindən dağıdıldığını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə müğənni “Bizimləsən” proqramında danışıb. Əliyevanın sözlərinə görə, ermənilər təkcə insanlara yox, torpağa, qəbirə də təcavüz edib:“Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrini altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onunla tapdım".

“Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrini altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onunla tapdım".

O bildirib ki, ermənilər sağ ikən həyat yoldaşının başına pul qoyubmuş:“Onu tanıyırdılar. O vaxtkı Hadrutun (Suqovuşan - red.) prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Ona görə də onun qəbrini dağıdıblar. Bütün qəbrlər bir tərəfdən oyularaq açılıb... Vəhşi erməninin əməlidir ki, qəbirləri açıb dəfn olunanları çıxarıblar. Dəmir parçaları atmışdılar ki, cəsədləri çıxarsınlar. Yoldaşımın da qəbrində böyük oyuq var idi, eləydi. Müsəlmanlarda cəsəd çiyniüstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və çıxarılıb”.

Qeyd edək ki, Z. Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...