Təranə ilə efirə çıxmaq istəməmişdi, Brilliantın evində görüşdülər

Təranə ilə efirə çıxmaq istəməmişdi, Brilliantın evində görüşdülər
Əməkdar artist Nüşabə Ələsgərli və müğənni Təranə Qumral ilk dəfə bir araya gəlib.
Axşam.az xəbər verir ki, onlar birlikdə Xalq artisti Brilliant Dadaşovanın evinə yollanıb. İfaçılar birlikdə çəkilən şəkillərini paylaşaraq, Dadaşovanın ad gününü təbrik etməyə yollandıqlarını yazıblar.

Fotoda diqqət çəkən məqam isə Təranə ilə Nüşabənin səmimi görüntüsü olub. Belə ki, sənətçilər uzun müddət küsülü olub. Buna səbəb isə Təranə ilə Nazənin və Könül Kərimova ilə T.Qumralın küsülülüyüdür.

Hətta N.Ələsgərli bir neçə il əvvəl Nazəninlə və K.Kərimova ilə rəfiqə olduğu üçün T.Qumralla münasibəti olmadığını deyib. "Salamımız var. Küsülü deyilik. Amma nə evini tanıyıram, nə də evimi tanıyır. Dost deyilik. Tonla çörək kəsdiyim qadın var, onun xatirinə Təranə ilə verilişə çıxmaq istəmədim. Elə bilərdi ki, onu qıcıqlandırıram" deyə, o, qatıldığı verilişdə söyləyib.

Qedy edək ki, Təranə ilə Nazənin arasındakı mübahisə məhkəməyə qədər gedib çıxıb.

Təranə ilə efirə çıxmaq istəməmişdi, Brilliantın evində görüşdülər
Təranə ilə efirə çıxmaq istəməmişdi, Brilliantın evində görüşdülər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...