Kukla Teatrındakı yoxlamalar nə yerdədir?

Kukla Teatrındakı yoxlamalar nə yerdədir?
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən teatrın mətbuat katibi Həmidə Rüstəmova feysbukda yaydığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, yoxlamalar teatrın gündəlik işinə mane olmayıb: “Cari tamaşalarlar oynanılır, yeni tamaşalarımızın məşqləri öz tempində davam edir”.

H. Rüstəmova bildirib ki, yoxlamalar bitdikdən sonra bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...