Talıbov yarım milyon sementi necə satıb?

Talıbov yarım milyon sementi necə satıb?
Dövlət Təhlükəsizliyi Xidmətinin "Naxçıvan Sement Zavodu"nda yoxlamalar apardığı və bu zaman bir sıra qanunsuzluqların, həmçinin milyonlarla manat vergidən yayınma hallarının aşkarlandığı iddia olunur.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a zavoddakı mənbələrə istinadla məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, zavod öz istehsalının təxminən 50 faizini uzun illər gizlətməklə vergidən yayına bilib:

“Rəsmi qeydiyyata alınmayan məhsullar qaçaqmalçılıq yolu ilə İran və Türkiyəyə keçirilib. Oradan isə, başqa xarici ölkələrə dağıdılıb. Yəni, bu məhsullar Sədərək, Culfa və Şahtaxtı gömrük məntəqələrindən Türkiyə və İrana "qara yolla" keçirilib. Rəsmi rəqəmlərə görə, zavodun illik istehsal gücü 400 min tondur. Əslində isə, bundan iki dəfə artıq istehsal olub. Hər il təxminən yarım milyon tona yaxın məhsul "qara yolla" satılıb. Bu yolla rəhbərlik həm qazancını Bakıdan gizlədib, həm də vergidən yayınıb. Artıq, bir neçə gündür ki, zavodda yoxlamalar gedir. Zavoda rəhbərlik edənlərin izahatları alınıb. Zavod, demək olar ki, fəaliyyətini tam dayandırıb. Deyilənə görə, əl dəyişəcək”.
Qeyd edək ki, “Naxçıvan Sement Zavodu” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə özvlərinə aid olduğu iddia edilən “Gəmiqaya” Holdinqə məxsusdur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...