Neft sürətlə ucuzlaşır - manatı nə gözləyir?

Neft sürətlə ucuzlaşır -
“Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib. Hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da, dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən “Brent” markalı neftin qiyməti 83 dollaradək azalıb. Bu, son 4 gündə neftin qiymətində 8.0 faizdən çox azalmanın olması anlamına gəlir”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı da neft qiymətlərinə endirim tətbiq edib:

“Saudi Aramco” yanvar təkliflərində Asiya üçün hər bareldə 2.20 dollar, “The Saudi” isə Avropa üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına priventiv reaksiyasından xəbər verir.

Çin karantin qaydalarını yumşaltsa da, “Sıfır Kovid” siyasətinin davam edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil.

Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80.0 faizi neft və neft məhsullarının payına düşür. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...