Vilayət Quliyev: “İran dəyişmir”

Vilayət Quliyev: “İran dəyişmir”
“İranda səfirliyimizə qarşı insan itkisi ilə nəticələnən terror aktını sərt şəkildə qınayırıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev feysbuk hesabında yazıb.

O, səfirliyin həlak olan əməkdaşın ailəsinə dərin hüznlə baş sağlığı verib: “İlk başsağlığının Rusiyadan gəlməsi anlaşılandır. 1829-cu il yanvarın 30-da Tehran qaragüruhunun yönləndirilmiş hücumu nəticəsində vəziri-muxtar (səlahiyyətli nazir) A.S.Qriboyedov başda olmaqla Rusiya səfirliyinin 57 əməkdaşı qətlə yetirilmişdi. İran dəyişmir!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...