Bazar ertəsi      17 mart 2025     05:45:26  

Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır

Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır
Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.

O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır. “Heydər Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Birinci vitse-prezident, fondun prezidenti Mehriban Əliyevaya minnətdarıq”, - deyə o bildirib.
Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılıb, daha sonra səhhəti normallaşıb. O uzun müddətdir xəstəxanada müalicə alır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...