Un 35 manata yüksəldi: çörək daha da bahalaşacaq
2 - ci devalvasiyadan sonra artıq bütün ərzaq məhsulları, həmçinin un məmulatlarının də qiymətində bahalaşma müşahidə edilir. Bir kisə un əvvəl 18 manata satılsa da, ikinci devalvasiyadan sonra unun bir kisəsinin qiyməti 27 manata qalxıb. Bu gündən etibarən isə mağazalarda və digər satış mərkəzlərində "Karmen" ununun 50 kiloqramlıq kisəsi 35 manata satılır.
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, ölkənin taxıl ehtiyyatının 80% -ə qədəri xaricdən Rusiya, Ukrayna və Qazaxıstandan alınır: “Bu alış isə təbii ki, dollarla həyata keçirilir. Bu günlərdə isə ikinci devalvasiya nəticəsində manatın məzənnəsinin kəskin şəkildə düşməs, həmçinin bu devalvasiya Rusiya milli valyutasına, Ukrayna və Qazaxıstan valyutasına bilavasitə təsir etdiyi üçün nəinki taxılın, unun həmçinin digər xaricdən alınan ərzaq məhsullarının da qiymətinə mühüm şəkildə təsir etdi. Ona görə də bu belə şəkildə davam edərsə, daha da bahalaşma qaçılmazdır.
Bunun qarşısını almaq üçün, bu prosesi dayandırmaq üçün Azərbaycan hakimiyyət strukturları gömrükdə rüsumları aradan qaldırmalıdır ki, ölkədə olan sahibkarlar digər ölkələrdən bu məhsulları alıb ölkəyə gətirsinlər ki, bu da ölkədə həm qıtlığın, həm bahalaşmanın qarşısını ciddi şəkildə ala bilər".
524 dəfə oxundu