İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı

İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı


Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda itkin düşən daha bir neftçinin cəsəd aşkar edilib. Bu barədə virtualaz.org saytına Dövlət Neft Şirkətindən (SOCAR) məlumat veriblər. SOCAR-dan deyiblər ki, bu barədə Azərbaycan tərəfinə məlumat verilib. Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...