İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində - FOTOLAR

İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində -


Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub. Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib.

Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salınıb. Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

X X X

Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olunub.


İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində -
İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində -
İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...