Vardanyan Rusiyaya təhvil verilə bilər? - AÇIQLAMA
“Ruben Vardanyanın Ermənistanla bərabər digər mümkün ikili vətəndaşlığı və bu çərçivədə onun üçüncü bir dövlətə verilməsi məsələsi ətrafında müzakirələrə cavab olaraq demək istəyirik ki, Azərbaycan dövlətinin özünün maraqları və mənafelərini illərlə hədəfə almış bir terrorçunu, separatçını təhvil vermək kimi öhdəliyi yoxdur. Rusiyanın prosesdə hər hansı formada iştirakına gəlincə, Vardanyanın yayılan sənədlərindən də aydın olur ki, o 2022-ci ilin sonundan artıq Rusiya vətəndaşı deyil. O, Azərbaycan dövləti və xalqına qarşı cinayətlər törətdiyi üçün elə Azərbaycanda hüququn aliliyi, qanunçuluq, ədalət və humanizm prinsipləri rəhbər tutularaq cəzalandırılacaq”.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputat xatırladıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 11-ci maddəsinə əsasən, Azərbaycan ərazisində cinayət törətmiş şəxs Azərbaycan cinayət qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb olunur: “Məcəllənin 12-ci maddəsində isə təsbit olunub ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycanın vətəndaşlarına, eləcə də Azərbaycan Respublikasının maraqlarına, mənafelərinə qarşı cinayət törətdikləri halda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda yenə də Azərbaycan qanunvericiliyi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Ruben Vardanyan fəaliyyətinin bütün dövrlərində - istər Moskvada, istər Ermənistanda, istərsə də qanunsuz formada məskunlaşdığı Qarabağ iqtisadi rayonumuzda Azərbaycan dövlətinin maraqlarına, konstitusion quruluşuna qarşı davamlı şəkildə cinayətlər törədib. Sonuncu dəfə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikası"nın "dövlət naziri" vəzifəsində çalışdığı dövründə Azərbaycan dövlətinə qarşı çoxsaylı siyasi, hərbi təxribatların əsas ideoluqu kimi çıxış edib. Davamlı çoxsaylı cinayətləri fonunda Vardanyanın yaxalanması və cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində cinayət təqibi başlanması Azərbaycan hüquq-mühafizə orqanlarının qarşısında prinsipial vəzifələrdən biri idi. Bildiyiniz kimi, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşəkarlığı və sayıqlığı sayəsində, eyni zamanda aidiyyəti qanunvericiliyin tələbləri rəhbər tutulmaqla artıq Vardanyan Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Bundan sonra həyata keçiriləcək cinayət təqibi və cəza tədbirləri Azərbaycan cinayət təqibi orqanlarının səlahiyyətində olan məsələdir. Xatırlayırsınızsa, sentyabrın 20-də cənab Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərkən bəyan etmişdi ki, "Biz kriminal rejimin ünsürlərini, başda duranlarını məsuliyyətə cəlb edirik və edəcəyik". Ruben Vardanyan da məhz bu canilərdən biridir. Möhtərəm cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycanı hədəfə alanlar Azərbaycana qarşı düşmənçilik fəaliyyəti törədənlər, xüsusən 30 il ərzində separatçı rejim qurub Azərbaycanın Konstitusiya quruluşuna, dövlət hakimiyyətinə qarşı açıq düşmənçilik edən, dövlətimizi daxildən parçalamaq istəyən ünsürlərin hər biri layiqli cəzalarına çatmaqdadırlar. Vardanyan isə son deyil! Növbədə kriminal rejimin digər ünsürləri də var. Heç bir qüvvə, heç bir beynəlxalq subyekt bu prosesə, tarixi ədalətin bərpasına maneə ola bilməz”.
383 dəfə oxundu