Can verən Ermənistan iqtisadiyyatı - ŞƏRH

Can verən Ermənistan iqtisadiyyatı -
Uzun müddətdir Ermənistan iqtisadiyyatında inkişaf əvəzinə geriləmə tendensiyası müşahidə olunur. Bunun isə məntiqli olaraq bir neçə səbəbi var. Bu illər ərzində Ermənistan diasporun göndərdiyi “sədəqə” və ianələr hesabına ayaqda durmağa çalışsa da, ölkənin xarici borcu hər il artmaqda davam edir. Artıq Ermənistanın xarici dövlət borcu illik dövlət büdcəsindən bir neçə dəfə artıq həddə gəlib çatıb. Əgər tendensiyalar bu səpgidə davam etsə, yaxın gələcəkdə Ermənistan dövləti xarici borc bataqlığında boğulmağa məhkum olacaq. İşğalçı siyasəti Ermənistanı regiondakı beynəlxalq layihələrdən kənarda qoyub. Eyni zamanda ölkə ərazisində elə də ciddi resurslar yoxdur, müttəfiqi olduğu dövlətlər isə Ermənistana ciddi investisiya yatırmayıblar. Dövlət borc girdabından o səviyyəyə çatıb ki, Ermənistanın dəmir yolları Rusiyanın nəzarətindədir və söz haqqı o ölkədir. Erməni valyutası dram isə getdikcə daha da ucuzlaşır. Bütün bunlar Ermənistanın iqtisadi tənəzzülə sürətlə daxil olmasından xəbər verir. İnflyasiya həddi, diasporun, xüsusən də Rusiyadakı erməni icmasının ölkəyə investisiya qoymaqdan imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Sirr deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyanın xaricdə fəaliyyət göstərən erməni diasporu ilə münasibətləri korlayıb və diaspor başbilənləri də bu səbəbdən artıq investisiya və sərmayə məsələsində xəsislik edirlər.

Bu yaxınlarda isə Ermənistan maliyyə naziri Vahe Ovannisyan 2024-cü ildə müdafiə xərclərinin 7.3% artırılacağını qeyd edib. Qısası, 2024-cü ildə Ermənistan müdafiə üçün 555 milyard dram, yəni 1.5 milyard dollar ayıracaq. Bu isə 2023-cü ilin rəqəmləri ilə müqayisədə 97.4 milyon dollar çox vəsait deməkdir. Əgər Vahe Ovannisyanın dediyi rəqəmlər düzgün olsa, bu, Ermənistanın xarici borcunun artımı deməkdir.


Bundan əlavə, Ermənistan iqtisadiyyatının cari ili sürünə-sürünə yola verməsi ümumi daxili məhsula da təsirsiz ötüşməyəcək. Əgər cari ilin birinci rübündə ÜDM-nin artımı 11.2 faiz idisə, ilin sonuna qədər bu rəqəm 7.2% təşkil edəcək. Bununla yanaşı, büdcə kəsiri nə az nə çox, 883 milyon dollar təşkil edəcək.

Hələ bunlar da azmış kimi, son dövrlər Rusiya ilə münasibətlərin getdikcə kəskinləşməsi Ermənistan iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir. Hələ cari ilin mart ayından Rusiyaya erməni konyakının ixracında ciddi problemlər yaranmışdı. Səbəb kimi, Rusiya gömrük xidmətinin erməni məhsulunda pozuntular aşkar etməsidir. Mart-aprel aylarında başlayan bu ciddi nəzarət sentyabrın 25-dən daha da sürətlənib. Rusiya gömrük nəzarətçiləri konyak daşıyan yük maşınlarını gömrükdə saxlayır, hər birindən nümunə götürürlər. Ekspertizanın nəticələrinin isə 28-60 gün ərzində cavab deyəcəyi bildirilir.

Qeyd etmək yerinə düşər ki, Ermənistanda 40-dan çox konyak istehsalçısı var və onun 95 faizi Rusiya bazarına ixrac edilir. Qısası, Rusiyaya “kəllə atmaq”la Ermənistan konyak bazarının ən böyük ixrac bazarını itirmiş sayıla bilər. Rusiyadan savayı Ermənistanın iqtisadi tərəfdaşı olacaq və konyak ixrac edə biləcəyi ölkə demək olar ki, yoxdur. Ermənistanın son illər iqtisadi əlaqələr qurduğu ölkələr arasında İran və BƏƏ var və bu iki dövlətə də erməni konyakının ixracı mümkünsüzdür. Digər tərəfdaş Fransa isə özü dünyaya konyak ixrac etdiyi üçün belə bir ticari müqavilə də mümkünsüz görünür. Deyəsən, Ermənistan erməniləri istehsal etdikləri konyakı özləri içmək məcburiyyətində qalacaqlar.


Bununla yanaşı, son günlər Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə söhbətlər də rəsmi İrəvanın siyasi kulislərində dolaşır. Bu isə, Ermənistan iqtisadiyyatının konkret çökməsi ilə nəticələnə biləcək bir addımdır. Onsuz da son 10 il Ermənistan iqtisadiyyatı mövcudluğunu Aİİ-yə borcludur. Regionun əsas dövlətləri ilə münasibətlərini korlayan Ermənistan işğalçılıq siyasətinə görə regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən uzaq qalıb. Bununla yanaşı, qondarma soyqırımı siyasətinə görə Türkiyə ilə də normal iqtisadi münasibətlər qura bilmir. Bu səbəbdən də son 10 il ərzində Aİİ Ermənistan iqtisadiyyatına süni də olsa, nəfəs verə bilmişdi. Müxtəlif ekspert dairələri isə Ermənistanın Aİİ-dən çıxmasını intihar kimi dəyərləndirirlər. Bu, təkcə iqtisadi yox, siyasi sahədə də intihar deməkdir. Aİİ əslində Ermənistan iqtisadiyyatının son şansıdır. Şəxsi ambisiyaları və Qərbdəki ağalarının direktivlərini icra edən baş nazir Nikol Paşinyan bu gedişlə Ermənistan vətəndaşlaırnı ac qoyacaq. Təsadüfi deyil ki, Ermənistanın Aİİ-dən çıxması barədə söhbətlər məhz Paşinyanın Qranada səfərindən sonra ortaya atılıb. Heç bir ciddi resursu olmayan Ermənistanın Aİİ-dən çıxma planı görünür Qərbin rəsmi İrəvanla Rusiya arasında bütün körpüləri yandırmaq planının tərkib hissəsidir.


Rusiya-Ermənistan münasibətlərindəki neqativ tendensiya son günlər daha aktiv fazaya qədəm qoyub. Artıq Ermənistanın siyasi kulislərində hətta rus qazından imtina etmək kimi fikir də səsləndirilib. KTMT və Aİİ-dən çıxmaqla yanaşı, Rusiya qazından imtina isə konkret olaraq Moskva boyunduruğundan çıxaraq Qərbin xaltasını boynuna taxmaq sayılır. Paşinyanın “Mülki müqavilə” fraksiyasının üzvü Qaqik Melkonyan jurnalistlərə bununla bağlı bildirib ki, Ermənistan yüz yerdən təbii qaz ala bilər.

Hadisələrin inkişafını isə zaman göstərəcək. Sirr deyil ki, Ermənistan uzun illərdir Rusiyadan ucuz qiymətə və nisyə qaz alır. Əgər Rusiya krantı bağlasa, yaxınlaşan qış aylarında Ermənistandakı vəziyyəti təsəvvür etmək çətin olmayacaq.

Son olaraq, Ermənistanın İran və Hindistanla birgə uzun müddətdir ortaya atdığı və hələ beşikdəcə ölü doğulan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi də erməni siyasətçiləri tərəfindən nəqliyyat blokadasından çıxmaq üçün yeganə şans sayılır. Amma bir neçə ildir üzərində danışılan bu “dəhliz”ə nə İran, nə Ermənistan, nə də Hindistan pul qoymaq niyyətində deyil. Çünki Hindistan və İran da gözəl anlayır ki, bu layihə səmərəli deyil. Bunun əsas iki səbəbi var: Birincisi, yolun keçəcəyi ərazilər oktyabr ayından may ayına qədər maşınlar üçün əlverişsiz sayılır. Ərazinin dağlıq və müntəzəm olaraq qarlı olması kifayət qədər risklidir və bu tip ərazidə yol çəkmək daha baha başa gəlir. İkincisi, tərəflər anlayırlar ki, Rusiya istənilən anda yüklərin keçməsini ləngidə bilər və Gürcüstandan keçəcək bu yol Türkiyə ərazisinə gəlib çatmalıdır. Türkiyənin isə belə bir layihəyə isti münasibət göstərəcəyi istisna edilir.

Qısası, hazırda Ermənistan iqtisadiyyatı can vermək üzrədir. Yuxarıda sadalanan faktorlar problemin günü-gündən ciddiləşməsindən xəbər verir. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, destruktiv və sərsəm bəyanatlar səsləndirməkdən vaz keçmək, Fransanın ətəyinə sığınmamaq və sülh müqaviləsi imzalayaraq regiondakı kommunikasiyanın blokdan çıxmasını təmin etməkdir. Yolların blokdan çıxması isə heç bir yerə çıxışı olmayan Ermənistan iqtisadiyyatı üçün əlavə gəlir yerlərinin yaranmasına, yeni iş yerlərinin açılmasına səbəb ola bilər. İşsizlik səbəbindən ölkənin getdikcə boşalması və insanların iş tapmaq üçün başda Rusiya olmaqla müxtəlif ölkələrə axının qarşısını almaq istəyən Ermənistan üçün bu, ideal sayıla bilər. Eyni zamanda Türkiyə tərəfi də Marqara körpüsünün açılmasına razılıq verəcək. Körpünün açılması hər iki tərəf arasında iqtisadi əlaqələrin qurulması, türk sərmayədarları üçün yeni bazarın açılması deməkdir. Bu da öz növbəsində Ermənistan üçün yeni gəlir mənbəyi və yeni iş yerləri deməkdir. Göründüyü kimi, Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir.

Kamil Məmmədov

Bizim Telegram kanalımıza abunə olun

Xəbərlər Şöbəsi
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR
Fransanın məkrli Qafqaz planı - gərginlik, müharibə və xaos - ŞƏRH
Fransanın məkrli Qafqaz planı - gərginlik, müharibə və xaos - ŞƏRH
9 Oktyabr , 2023 15:19
Ermənistanda revanşistlər baş qaldırır - hədəf Paşinyandır - ŞƏRH
Ermənistanda revanşistlər baş qaldırır - hədəf Paşinyandır - ŞƏRH
7 Oktyabr , 2023 10:54
Makronun Fransası - erməni mafiyası və lobbisinin xidmətçisi - ŞƏRH
Makronun Fransası - erməni mafiyası və lobbisinin xidmətçisi - ŞƏRH
6 Oktyabr , 2023 16:20
Avroparlamentin qərəzi və özünüifşası - erməni sevgisi həqiqəti görməyə imkan vermir - ŞƏRH
Avroparlamentin qərəzi və özünüifşası - erməni sevgisi həqiqəti görməyə imkan vermir - ŞƏRH
6 Oktyabr , 2023 15:17
Ukraynada uzanan müharibə - bəşəriyyət Üçüncü Dünya müharibəsi astanasında - ŞƏRH
Ukraynada uzanan müharibə - bəşəriyyət Üçüncü Dünya müharibəsi astanasında - ŞƏRH
6 Oktyabr , 2023 13:08
İrqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti - Avropanın utanc mənbəyi - ŞƏRH
İrqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti - Avropanın utanc mənbəyi - ŞƏRH
5 Oktyabr , 2023 17:40
Paşinyan sülh prosesini niyə ləngidir? - ŞƏRH
Paşinyan sülh prosesini niyə ləngidir? - ŞƏRH
5 Oktyabr , 2023 14:16
100 yaşlı Türkiyə Cümhuriyyətinə qarşı yeni silah - terror - ŞƏRH
100 yaşlı Türkiyə Cümhuriyyətinə qarşı yeni silah - terror - ŞƏRH
5 Oktyabr , 2023 13:50
Soyqırımı, etnik təmizləmə, işğalçılıq - Fransa və Ermənistanı birləşdirən dəyərlər - ŞƏRH
Soyqırımı, etnik təmizləmə, işğalçılıq - Fransa və Ermənistanı birləşdirən "dəyərlər" - ŞƏRH
5 Oktyabr , 2023 12:55
Roma statutunun ratifikasiyası Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH
Roma statutunun ratifikasiyası Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH
4 Oktyabr , 2023 17:09
Fransanın məkrli Qafqaz planı - gərginlik, müharibə və xaos - ŞƏRH
ANALİTİKA
9 Oktyabr , 2023 15:19
Fransanın məkrli Qafqaz planı - gərginlik, müharibə və xaos - ŞƏRH
“Demokratiya beşiyi” kimi dünyaya sırınan, müstəmləkələrində soyqırımılara, qırğınlara yol verən, keçmiş müstəmləkələrindən biabırçı formada qovulan Fransa indi də Ermənistanı silahlandırmaqla növbəti gərginlik ocağı yaratmağa çalışır. İrqi ayrı-seçkilik, tabeliyində olan xalqların hüquq və azadlıqlarının pozulması, etnik təmizləmə, münaqişə ocaqları yaratmaq Fransanı xarakterizə edən əsas cəhətlərdir. Rəsmi Paris ölkənin üzləşdiyi problemləri həll etmək əvəzinə, hər vəchlə diqqəti yayındırmağa çalışır.

Fransadakı erməni lobbisindən yemlənən Makron komandası Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmağa çalışır. Atdığı son addımlar göstərir ki, bu ölkə Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında ən neqativ qüvvə kimi çıxış etməyi qarşıya məqsəd qoyub. 30 illik işğala son qoyan 44 günlük Qarabağ zəfərinin nəticələri ilə Ermənistan barışsa da, Paris barışmaq istəmir. Şirin vədlər verməklə, riyakarcasına bölgəni yeni müharibəyə sürükləyir. Roma Papasından artıq katolik olmağı "hədəf götürən" Fransa bölgə xalqlarının əmin-amanlıq içində yaşamasına qarşıdır. Ermənistan və erməni xalqı müharibə əhvali-ruhiyyəsində olmadığı halda, cəmiyyəti revanşizmə sürükləyir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.


Yeri gəlmişkən, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən bədnam qətnamənin də təşəbbüskarı Fransadır. Ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanat, orada səsləndirilən fikirlər qəbuledilməzdir və regionda sülhün, sabitliyin təmin olunmasına xidmət etmir. Hər vəchlə Azərbaycanla Ermənistan arasında danışıqları pozmağa çalışır və bu yöndə əlindən gələn hər şeyi edir. Həqiqətən də məhz Fransanın təxribatçı hərəkətləri Azərbaycan və Ermənistan arasında danışıqlarda durğunluğa gətirib çıxarıb. Fransanın bu siyasətinin məqsədi də bəllidir - uğursuzluqlarını başqa ölkələrə ötürmək.

Makronun tapşırığı ilə bu günlərdə İrəvana səfər edən Fransa xarici işlər naziri Ketrin Kolonna ölkəsinin çirkin planının mahiyyətini ortaya qoyub. Erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Ermənistana hərbi texnikanın verilməsini müzakirə edib. Hətta mümkün sazişi bağlamağa razı olduqlarını da dilə gətirib. Bu planının mahiyyəti Cənubi Qafqaz bölgəsinə daxil olmaq, Ermənistandan alət kimi istifadə etməkdən ibarətdir. Lakin Ermənistan başa düşməlidir ki, Fransanın yardımları ona yaxşı heç nə vəd etmir, Fransanın canfəşanlığı heç də onların xeyrinə deyil.

Birincisi, 44 günlük Qarabağ zəfəri Ermənistan qarşısında xeyli imkanlar açıb. Ölkənin tərəqqisi qonşularla mehriban münasibətlər, sülh və əmin-amanlıqdan keçir və bunu da artıq çoxları başa düşür.


İkincisi, Fransanın yeni Qafqaz siyasəti bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olmasına ciddi təhlükə törədir. Fransa kimi ölkələrin guya Rusiyanı sıxışdırmaqla bölgəyə sülh gətirəcəkləri xam xəyaldır. Fransa 30 il ATƏT-in keçmiş Minsk qrupuna həmsədr dövlət kimi bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, ortaya atılan təşəbbüslərin müzakirəsinə qarşı çıxıb. Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş torpaqlarını azad etməyə başlayanda Fransa ona qarşı çirkin böhtan kampaniyasına start verdi. Hər vəchlə hərbi əməliyyatların dayandırılmasına çalışdı. Dəfələrlə anti-Azərbaycan qətnamələrin qəbuluna, sanksiyaların tətbiqinə cəhd göstərdi və bu gün də buna calışır. Azərbaycanofobiya və türkofobiya siyasəti az qala bu ölkənin dövlət siyasətinə çevrilib.

Üçüncüsü, görünən odur ki, Fransanın Ermənistanı Suriyaya, Ukraynaya çevirmək kimi məkrli və çirkin planı mövcuddur. İrəvandakı səfirliyinə hərbi attaşe təyin etmək istəyi də bundan xəbər verir. Fransanın informasiya mənbələrində qeyd olunur ki, yeni hərbi attaşe Fransanın istehsal etdiyi öldürücü silahların Ermənistana tədarükünə nəzarət edəcək. Qeyd edək ki, Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərar birbaşa Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib.


Maraqlı və təəccüb doğuran Qərb dövlətlərinin, qurumlarının Parisin çirkin planlarına, qərarlarına səssiz qalmasıdır. Əvəzində onun təşəbbüsü ilə Azərbaycana qarşı böhtan dolu və bədnam qətnamə qəbuluna yol verirlər. Halbuki, Avropa İttifaqının aparıcı ölkələrindən birinin öldürücü silahlar tədarük etməsi Ümumavropa sülh siyasətinin kobud şəkildə pozulmasıdır. Əminliklə deyə bilərik ki, Fransanın bu addımı yaxın gələcəkdə regionda sülhün və sabitliyin bərqərar olunmasında ciddi əngəl yaradacaq.

Beləliklə, Fransa regionda çirkin və məkrli siyasi oyun oynamaqda israrlıdır. Lakin artıq indidən əminliklə deyə bilərik ki, bu cəhd uğursuzluğa düçar olacaq. Tarix göstərir ki, əsrlər boyu Yaxın Şərq və Afrikada müstəmləkə siyasət yürüdən, öz imperialist maraqları üçün bu iki regionda yerli xalqları qanına qəltan edən və onları əsarət altında saxlayan Fransanın Cənubi Qafqazda sülhyönümlü siyasət yürütməsi qeyri-mümkündür. Ola bilsin, Paris Ermənistanda hərbi-siyasi güc mərkəzinə çevrilsin. Lakin bu yolda hansısa dividendlər əldə edəcəyi mümkünsüzdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...