Qəzzada iki jurnalist ÖLDÜRÜLDÜ

Qəzzada iki jurnalist
Qəzzada iki jurnalist həlak olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər İsrail döyüş təyyarələrinin Qəzza zolağını bombalaması nəticəsində iki fələstinli jurnalist ölüb, biri isə yaralanıb.

Bildirilib ki, jurnalistlərin çalışdığı Qəzza valiliyinin İnstitusiyalar küçəsində yerləşən "Hajji Tower" binası bombalanıb və tamamilə dağılıb. Nəticədə "Əl-Khamsa News" saytının baş redaktoru, Rəfah əyalətinin sakini Səid Radvan əl-Tavel və Qəzza sakini, "Khabar" Agentliyinin fotoqrafı Məhəmməd Rizq Sobh həlak olub.

Jurnalist Hişam Əl-Nəvacha ağır xəsarət alıb və reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub regionuna hücumuna və törətdiyi terror aktlarına cavab olaraq İsrail Qəzzada hərbi əməliyyata başlayıb. İsrail Baş naziri Netanyahu bildirib ki, İsrail müharibə vəziyyətindədir. Artıq həm İsraildə, həm də Qəzzada ölən mülki vətəndaşların sayı 1000-i keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...