Əfqanıstanda yenə şiddətli zəlzələ oldu

Əfqanıstanda yenə şiddətli zəlzələ oldu
Əfqanıstanın 6,3 maqnitudalı zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Bundan başqa, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığı da bildirilib.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib. Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub. Son verilənlərə görə, təbii fəlakətdə 2,5 min nəfər ölüb, on minlərlə insan evsiz qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...