95 yaşlı yəhudi orduya qatıldı - Biz qalib gələcəyik!
Almaniyanın "Bild" nəşri son günlər İsrail ordusuna səfərbər edilmiş təxminən 360 000 ehtiyatda olan əsgərlərdən ən yaşlısı olan 95 yaşlı Ezra Yaçinlə müsahibə götürüb.
GUNDEMİNFO.AZ Modern.az-a istinadla nəşrə istinadən xəbər verir ki, təqaüdçü Fələstində Britaniya mandatı dövründə “Lehi” yəhudi təşkilatında döyüşüb.
1947-1949-cu illərdə İsrailin Müstəqillik Müharibəsi zamanı sağ gözünü itirib. O vaxtdan o, bir şey arzusunda idi - azad edilmiş Qüdsü (Yerusəlim) görmək. Bu, 1967-ci ildə baş verdi. Yaçinin sözlərinə görə, o vaxtdan bəri heç nədən qorxmayıb.
"İki gün əvvəl ehtiyatdan çağırış əmri aldım və dərhal formamı geyindim. Məni bundan yalnız ölüm qurtara bilər. Mən döyüşçülərin yanında olmaq və onlara döyüş ruhunu vermək, onlara yəhudi ruhunu aşılamaq və onları müharibəyə hazırlamaq istəyirəm. Mən əsgərlərlə söhbət edirəm, onları ruhlandırıram, döyüş ruhunu gücləndirirəm. Mən onlara başa salıram ki, biz nasistlər dövrünün Avropasında deyilik və heç kimə nasistlərin etdiklərini bizə etməyə icazə verməyəcəyik. HƏMAS müasir nasistlərdir.”, - 95 yaşlı əsgər bildirib.
"Bu, yəhudi xalqının torpağıdır və mən onu son nəfəsimə qədər müdafiə edəcəyəm. Mən bir çox müharibələrdə iştirak etmişəm və yüzlərlə dəfə ölümdən xilas olmuşam. Və heç vaxt qorxmamışam. Bizi məhv etməyə çalışan hər kəs yox olacaq - və bu dəfə biz qalib gələcəyik. Yəhudi xalqı sağdır!”, - Yaçin deyib.
258 dəfə oxundu