Naxçıvanda nazir vəzifədən azad edildi

Naxçıvanda nazir vəzifədən azad edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilsin”.
Anar İbrahimovun digər sərəncamı ilə Hüseyn Səfərovun Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib və yeni nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...