Daha 23 ailə Laçına köçür

Daha 23 ailə Laçına köçür
Oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Yeniavaz.com xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə (83 nəfər) köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 295 ailənin (1135 nəfər) daimi məskunlaşması təmin ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...