Azərbaycana hansı kəndlər qaytarılır? - Erməni KİV

Azərbaycana hansı kəndlər qaytarılır? -
Erməni mediası Azərbaycanın Ermənistan ərazisində hələ də işğalda qalan kəndləri ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana sual ünvanlayıb.

GUNDEMİNFO.AZ əbər verir ki, Armen Abazyan suala cavabdan yayınıb və heç bir açıqlama verməyib.

Erməni mediasının yazdığına görə, Ermənistan rəhbərliyi anklavların Azərbaycana qaytarılması haqda müzakirələr aparır. Rəsmi İrəvan hələlik bunların hansı kəndlər olduğunu və Azərbaycana hansı prinsiplə veriləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi işğaldadır./Axar.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...