Arif Hacılının oğlu saxlanıldı - VİDEO

Arif Hacılının oğlu saxlanıldı -
Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Arif Hacılı feysbuk hesabında yazıb.

O, oğlunun bir neçə gün öncə baş verən qəza ilə bağlı saxlanıldığını bildirib.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılması əks olunub.

Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib etmişdi.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
254 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...