Bakıda ana və qızı evlərində döyüldü - Biri öldü
Bakı şəhər Nəsimi rayonunda qonşular arasında dava-dalaş olub.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 30-u saat 23 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu mübahisə nəticəsində qonşuları - Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və 1987-ci il təvəllüdlü qızı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla zərbələr endirib. Zərbələrin təsirindən M.Çabanova huşunu itirib. O, oktyabrın 31-i saat 09 radələrində ayılıb və qızını yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.
***
Nəsimi rayon prokurorluğunun yaydığı məlumata görə, şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaqla ölümünə səbəb olma faktı ilə bağlı cinayət işi başlanıb.
Bildirilib ki, oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun oktyabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qonşuları Marina Çabanova və Nərminə Vəliyevaya xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
284 dəfə oxundu