“Komandir” etiraf etdi: Qarabağda silahlar gizlədilib

“Komandir” etiraf etdi:
Erməni separatçı-terrorçuların Qatrabağdan gedərkən silahları gizlətdiyi barədə iddialar təsdiqlənməkdədir.

Axar.az xəbər verir ki, qondarma və keçmiş “dq”nin “müdafiə qüvvələrinin birinci komandanı” Arkadi Karapetyan da erməni mediasına müsahibəsində bunu dolayısı ilə etiraf edib.

O bildirib ki, silahlarını Azərbaycana təhvil verməyən, ancaq “Laçın” postundan keçirməyə qorxduqlarından, Ermənistana gətirməyən onlarla silahlı şəxs tanıyır.

Karapetyan “türkə (azərbaycanlılara – red.) qalmasın deyə” bəzi silahların məhv edildiyini də bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...