Qızılca niyə sürətlə yayılır - AÇIQLAMA
"Qızılcanın yayılmasının əsas səbəbi peyvəndlənmənin vaxtında aparılmamasıdır".
Bunu Qaynarinfo-ya infeksionist-həkim Namiq Nəbiyev son günlər qızılca xəstəliyinin daha çox yayılmasının səbəbləri haqqında danışarkən deyib.
Həkim bildirib ki, 2019-2020-ci ildə koronavirus yayılan zaman insanları daha çox bu virusa qarşı peyvəndləyirdilər. Ona görə də qızılca, su çiçəyi, məxmərək və s. kimi yayılan xəstəliklərlə bağlı peyvəndlənmə prosesi arxa plana keçdi:
"Həmin vaxt müsahibələrimin birində demişdim ki, 1997-1998-ci illərdə malyariya xəstəliyi çox yayılmışdı. Bu xəstəlik elə-belə yayılmadı, onun səbəbləri var. Müharibə gedirdi, insanlar itkin düşmüşdü, Şuşada, Daşaltıda kütləvi halda məzarlıqlar var idi. Meyitlər dərin məsafədə basdırılmayıb, baxırsan ki, çoxu çürüməyib. Bunların hər biri ölkədə malyariya xəstəliyinin yayılmasının səbəblərindən biri idi. Bu gün həmin hadisə göstərdi ki, peyvəndlənmə çox vacibdir və təcili həyata keçirilməlidir".
Namiq Nəbiyev 3-4 il bundan qabaq anadan olan uşaqlarda peyvəndlənmənin aparılmadığını qeyd edib:
"Bəzi adamlar deyir ki, peyvəndlənmə nəyə lazımdır? Onlar yaddan çıxarır ki, bunlar dövlətlər arasında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi təlimat əsasında həyata keçirilir. Fərq eləmir, peyvəndi Hindistandan, yoxsa İtaliyadan alırlar. Bunların hər birinə ÜST cavabdehlik daşıyır. Peyvəndin haradan alınmasının məsələyə aidiyyatı yoxdur, əsas peyvəndin Azərbaycana çatmasıdır. Bu peyvəndin istehsalına ÜST birbaşa nəzarət edir və peyvənd hansı ölkəyə getsə, orada onların daimi nümayəndəliyi var. Nümayəndə peyvəndlənmə ilə bağlı insanlara nəzarət edir”.
309 dəfə oxundu