Əfqanıstanda güclü zəlzələ olub

Əfqanıstanda güclü zəlzələ olub
Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Almatı şəhərindən 890 km cənub-qərbdə, Əfqanıstan ərazisində yerləşib.

“Zəlzələnin enerji sinfi 11,9, maqnitudası isə 5,7 olub”, - deyə məlumatda bildirilib.
İtkilər və dağıntılar barədə hələlik məlumat verilməyib.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...