Rusiya Ermənistana hücum edəcək - Kremldən son qərar

Rusiya Ermənistana hücum edəcək -
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Berlində Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında müzakirələrin ikinci raundu keçirilir. Sizin gözləntiləriniz nədən ibarətdir. Son Münxen razılaşmasından sonra prosesdə nə kimi irəliləyişlər ola bilər?

- Münxen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolzun vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş kifayət qədər diqqəti cəlb edən müzakirələrlə yadda qaldı. Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında bu müstəvidə baş tutan ikitərəfli görüşdə də vacib razılaşmalar əldə edilib. Həmin razılaşmaya əsasən qısa zaman kəsiyində hər iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilsin. Bu mənada dünəndən Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müzakirələr aparılır. Təbii ki, bu görüşdən də ciddi nəticələrin əldə ediləcəyi ehtimalı azdır. Bundan öncə də müxtəlif platformalarda bu cür görüşlər keçirilib. Lakin hələlik bu görüşlərin müsbət nəticəsi haqqında danışmaq mümkün olmur.

- Sizcə, danışıqların ancaq imitasiya xatirinə aparılmasında rəsmi İrəvanın məqsədi nədir? Bu proses nə vaxta qədər davam edəcək?

- Ermənistan revanşist mövqeyindən əl çəkmir. Özünü sülh tərəfdarı kimi təqdim edən rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı mövcud qanunvericiliyi, konstitusiya və digər hüquqi sənədlərin dəyişdirilməsini təmin etmir. Erməni tərəfi bu istiqamətdə müzakirələr aparsa da proses sözdən başqa bir müstəviyə keçməyib.

- 8 kəndin azad edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflər arasında müzakirələrin hansı mərhələdə aparıldığı ehtimalı var?

- Ermənistan faktiki olaraq Azərbaycanın hələ də işğalda saxladığı 8 kəndini azad etmək istəmir. Zəngəzur dəhlizi ətrafında isə erməni tərəfi müxtəlif manipuliyasiyalarla məşğuldur. Bütün bunlar onu göstərir ki, Ermənistan sülhə hazır deyil. Rəsmi İrəvanı bu məsələdə arxayın salan tərəflər var. Qərb, xüsusən də Fransa və ABŞ Ermənistana böyük vədlər verir. Onlar anbarlarında yığılıb qalmış köhnə silahlarla Ermənistanı şirnikləndirməyə çalışır. Bununla həmçinin erməni cəmiyyətini ələ almağa cəhd edir. Beləliklə, erməni tərəfi ümidlənir və hansısa bir situasiyanın yaranacağına inanır. Belə olan halda rəsmi İrəvan sona kimi sülh müstəvisində səmimi olmayacağı da realdır.

- İrəvanın prosesi uzatması fonunda Bakının ata biləcəyi konkret addımlar nədən ibarət olacaq?

- Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Rəsmi Bakı hələ də Ermənistanın işğalında qalan 8 kəndlə bağlı məsələni həll etmək iqtidarındadır. Əgər Ermənistan ona təklif edilən variantda bu kəndləri boşaltmasa Azərbaycan Silahlı Qüvvələri son sözünü deyəcək. Buna qətiyyən şübhə yoxdur.

- İndiki halda Paşinyanın anti-Rusiya ritorikasına rəsmi Moskvanın susqunluğu nə ilə bağlıdır? Kremlin İrəvanın ərköyünlüyünə təmkinlə yanaşmasına səbəb nədir?

- Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bütün əlaqələrini kəsib. Eyni zamanda Paşinyan ən müxtəlif platformalarda Rusiyaya qarşı kəskin mövqe sərgiləyir. O KTMT-nin guya “Ermənistanın təhlükəsizliyini təmin etmədi” kimi iddialar səsləndirir. Bunun fonunda Paşinyan daha çox Qərbin köməyinə istinad edir. Amma hadisələrin bu məcrada inkişafı Rusiya ilə Ermənistan arasında çox ciddi qarşıdurmanın olması ehtimalını gücləndirir. Rusiyanın Ukrayna cəbhəsindəki irəliləyişi fonunda Ermənistan bir qədər cəzasızlıq mühitində qalıb. Kreml Ukrayna cəbhəsində addımlarını yekunlaşdırmayana qədər Ermənistana qarşı ciddi addımlar atmayacağı proqnozlaşdırılır. Əslində burada Qərbin özü də maraqlıdır. Çünki kollektiv Qərb Ermənistan vasitəsi ilə Rusiyanı ikinci cəbhəyə çəkməyə çalışır. Hələlik isə Moskva buna getmək niyyətində deyil. Ukrayna istiqamətində prosesləri bitirdikdən sonra Kremlin qəzəbli şəkildə Ermənistana istiqamət alması, onu cəzalandırması qaçılmaz olacaq. Unutmaq olmaz ki, indiki Ermənistan keçmiş Rusiya imperiyasının geopolitik layihəsidir. Bu süni dövləti yaradan Rusiyadır. Beləliklə də Moskva onu asanlıqla Qərbin, Fransanın ağuşuna atmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...