Putin fərman imzaladı: 150 min nəfər orduya çağırılır

Putin fərman imzaladı:
Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının yazda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərman rəsmi hüquqi informasiyalar portalında dərc olunub.

Yanvarın 1-də qüvvəyə minən yeni qaydalara görə, 18 yaşdan 30 yaşa qədər olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olmuş, 28 və ya 29 yaşı tamam olan və ehtiyatda olanlar istisna olmaqla) hərbi xidmətə çağırılacaqlar.

“2024-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 30 yaşadək Rusiya Federasiyası vətəndaşlarının 150.000 nəfərdən ibarət hərbi xidmətə çağırışı həyata keçirilsi”, - fərmanda qeyd olunub.

Fərmanda həmçinin, müddətli həqiqi hərbi xidmətə çağırış müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən tərxis edilməsi qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...