Niyə elm öyrənməliyik?
Allahın (c.c.) gözəl adlarından biri də Alimdir, yəni hər şeyi bilən. Quran bizə bildirir ki, dünyada, axirətdə nə baş verirsə, hamısı Allahın bilgisi daxilində cərəyan edir. Bir yarpaq belə Onun bilgisi olmadan budağından qopa bilməz. Külli kainatı yaradan Allah hər yaratdığına nə kimi xassə, keyfiyyət verdiyini Özü bilir. Ağıl və iradə sahibi olan insan da Allahın yaratdıqlarını öyrənməklə mükəlləfdir. İstər Quranda, istərsə də Sevimli Peyğəmbərimizin (s.ə.s) hədislərində elm öyrənmək təşviq edilir.
- “Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın”. (Mücadilə/11)
- “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (Zumər/9)
- “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (Fatir/28)
İslam məntiqinə görə, dininin tələblərini yerinə yetirən bir müsəlmanın elmlə məşğul olması da ibadətdir. Üstəlik, onun elmlə məşğul olması nafilə ibadətlə məşğul olmasından daha xeyirlidir. Kainatı, təbiəti, insanı, heyvanı öyrənmək, maddələr arasındakı münasibətləri kəşf etmək Allahın elmini aşkara çıxarmaqdır. Allah (c.c.) bizi buna təşviq edir, yaratdıqlarını öyrənməyə çağırır. Elmlə məşğul olan insan bu yolla baxdığı əsərdə onun müəllifini görməyə çalışır. Çünki elm nəticə etibarı ilə insanı Allahın varlığına aparan işıqlı bir yoldur. Əgər bir insan oxuyub öyrəndiyi elmlə Allaha yaxınlaşmırsa, deməli onun özündə, ya da oxuduqlarında problem var.
Bütün elmlərin mənbəyi, bütün kitabların anası Allahın Kitabı, yəni Qurandır. O elm həqiqi elmdir ki, Quranın paralelində inkişaf edir, yəni Onun müddəalarını təsdiq edir.
Quran həqiqətinə qarşı çıxan elm, elm deyil, fəsaddır. Qədim yunanlarda belə bir qənaət olub ki, dünyada bircə elm var, fəlsəfə, yerdə qalan bütün elmlər onun qollarıdır. Ən böyük həqiqət Allahın varlığı və birliyidir. Bütün elmlər bu həqiqətin təsdiqinə yönəlir.
Əslində dünyadakı bütün elmləri bir misalda birləşdirsək, bərabərlikdən sonrakı rəqəm, yəni cavab bəllidir: “Bir”. O “Bir” bir qədər yuxarıda dediyimiz məlum həqiqətdir. Elmlər o bərabərliyə, daha doğrusu bərabərlikdən sonrakı Birə, Vahidə doğru ən doğru yolla irəliləməli və onu təsdiq edən nəticəni ortaya qoymalıdır.
Elm - istər maddi, istərsə də mənəvi cəhətdən tərəqqinin əsas şərtidir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, istər kişi olsun, istərsə də qadın, elm öyrənmək hər bir müsəlmanın borcudur: “Elm möminin itiyidir, harada görsə, götürsün”; “Elm Çində də olsa, onun ardınca getməkdən çəkinməyin”; “Beşikdən məzara qədər elm öyrənməyə çalışın”; “Elm İslamın həyatı, imanın dirəyidir”; “Elm Mənim və digər Peyğəmbərlərin mirasıdır. Kim mənə mirasçı olsa, Cənnətdə Mənimlə bir yerdə olar”...
Bir mühüm həqiqəti də nəzərdən qaçırmayaq ki, öyrənilən elm nəticə etibarı ilə həmin insanın xarakterinin formalaşmasında mühüm rol oynamalıdır. Yəni, sən sənin öyrəndiklərinlə şəkillənirsən, formalaşırsan. Öyrəndiyini başına yük etmək deyil, həyatına tətbiq etmək çox mühüm məsələdir. Qurani-Kərim öyrəndiklərini yaşamayan, həyatını elm üzərində qurmayan insanı kitab yüklü ulağa bənzədir. Belində daşıdığı kitablar ulaq üçün nə qədər faydalıdırsa, yaddaşda qalan, həyata daşınmayan elm də insan üçün o qədər xeyirlidir. Deməli, nəyi öyrənmək də çox ciddi mövzudur. Başqalarından güclü və ya üstün olmaq üçün elm öyrənmək insana olsa-olsa dünya həyatında xeyir gətirə bilər.
Elm öyrənək, elmli olaq, ancaq öyrəndiklərimizi də həyatımıza daşıyaq. Unutmayın ki, bilənlərin dərəcələri daha üsütn olur, qazandıqları daha çox olur. Buna inanın və inadığınız kimi də yaşayın...
206 dəfə oxundu