Sumqayıtın və Suraxanının qazı KƏSİLƏCƏK

Sumqayıtın və Suraxanının qazı
Suraxanı rayonunun Bülbülə qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində, həmçinin Sumqayıt şəhərinin Təzə Corat və Köhnə Corat adlanan ərazilərində "Təmiz Qaz" QSC tərəfindən aşkarlanan sızmaların ləğvi, eləcə də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə 01.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...