Ukraynalı mer döyüşdə həlak oldu

Ukraynalı mer döyüşdə həlak oldu
Sumı vilayətinin Lebedin şəhərinin meri, 2022-ci ilin payızında Ukrayna ordu sıralarına qoşulan Aleksandr Baklıkov döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Axar.az xəbər verir ki, bunu Trostyanets şəhərinin meri Yuri Bova Feysbuk səhifəsində yazıb.

“Ukrayna bir qəhrəman və vətənpərvər itirdi. Hələ də inana bilmirəm, həmkarım, dostum, Sumı vilayətinin Lebedin şəhərinin rəhbəri Aleksandr Baklıkov cəbhədə həlak olub.

Onun olduğu avtomobil ruslar tərəfindən pulemyotlardan atəşə tutulub. O, yerindəcə həlak olub. Baklıkov özünü zərbənin qabağaına verərək, yaralı silahdaşını qoruyub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...