İsrail İran ərazisinə raket zərbəsi endirib

İsrail İran ərazisinə raket zərbəsi endirib
İsrail 13 aprel hücumuna cavab olaraq İrana “məhdud” zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbəyə istinadən “Fox News” telekanalı məlumat yayıb.
ABC telekanalı da ABŞ rəsmisinə istinadən İsrailin İslam Respublikasındakı obyektə raket zərbəsi endirməsi barədə məlumat dərc edib.
İranın “Tasnim” agentliyinin məlumatına görə isə, İran ərazisinə heç bir raket zərbəsi endirilməyib.
Dövlət agentliyi İRNA raketdən müdafiə sistemlərinin də işə salınmadığını bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...