“Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır” – Ağ Ev

“Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır” –
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan iddia edir ki, Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
“Qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlar Rusiyanın nüvə qurğusu daşıya bilən peyk hazırladığına inanır”, – Sallivan bildirib.
ABŞ prezidentinin köməkçisi bu barədə Rusiyanın BMT Təhlükəsizlik Şurasında (ŞŞ) ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsinə dair təklif etdiyi qətnamə layihəsinə veto hüququndan istifadə etməsini şərh edərkən danışıb.
“Biz Rusiya Prezidenti Vladimir Putinin açıq şəkildə bəyan etdiyini eşitmişik ki, Rusiya kosmosda nüvə silahı yerləşdirmək niyyətində deyil. Əgər belə olsaydı, Rusiya qətnaməyə veto qoymazdı”, - Sallivan deyib.
Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək , kosmosda nüvə silahının yerləşdirilməməsinə dair ABŞ və Yaponiyanın hazırladığı qətnamə layihəsini bloklayıb. BMT Təhlükəsizlik Şurasının 15 ölkəsindən 13-ü qətnamənin lehinə səs verdi;
Səsvermədən əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, sənədin məqsədi Rusiyanı ləkələməkdir və BMT Təhlükəsizlik Şurasının üzvlərini parçalamaq məqsədi daşıyır. Rusiya Federasiyası və Çin kosmosda bütün növ silahların yerləşdirilməsinin qarşısını almaq üçün tədbirləri nəzərdə tutan qətnamə layihəsinə düzəliş təklif etsə də, bu, Təhlükəsizlik Şurası tərəfindən rədd edilib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya tezliklə bu mövzuda öz qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...