Daxildə istirahət xaricdən niyə bahadır? (VİDEO)

Daxildə istirahət xaricdən niyə bahadır?

Hər il yay mövsümündə turizm sektorunda canlanma yaşanır.


Yerli turizm mərkəzlərində qiymətlərin çox yüksək olduğu bildirilir.


Paytaxt sakinlərinin sözlərinə görə, xaricdə istirahət bölgələrdəkindən daha rahat və sərfəlidir.


Maraqlıdır, ölkə daxilində istirahət xaricdən niyə bahadır? Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində Turizm Agentliyinin sözçüsü Gülnar Mustafayeva bildirib ki, turizm bazarında hər seqmentə uyğun qiymətlər var.


O qeyd edib ki, təkliflərin həcminin artırılması istiqamətində tədbirlər təşkil olunur.


"Dövlətin bu istiqamətdə strategiyası bazarda təkliflərin həcminin artırılması, əlverişli şərait yaradaraq sağlam rəqabətlik mühitinin formalaşması və hər seqmentə uyğun təkliflərə dəstək verməsidir”.


Qeyd edək ki, Turizm Agentliyinin ən son statistik məlumatına əsasən, xarici ölkələrə üz tutanların sayı əvvəlki illərə nisbətən 25% artıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...