Polkovnikin hərbçi oğlu həbs edildi

Polkovnikin hərbçi oğlu həbs edildi
Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, barəsində Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 178.2.3-ci (Rüşvət alma və dələduzluq) maddələri ilə cinayət işi açılan R.Kələntərov Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, hərbi hissələrdən birində zabit kimi işləyən Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rəşid Kələntərovun həbsi barədə ilk məlumatı Bizim.media saytı yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...