Yasamalda obyektlər söküldü - məmur suallara qarışıq cavablar verdi

Yasamalda obyektlər söküldü -
Bakının Yasamal rayonunda "Ətçilər" kimi tanınan ərazinin söküntüsü zamanı jurnalistlər icra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynova suallar ünvanlayıblar.

Pravda.az xəbər verir ki, V.Hüseynov suallara rabitəsiz cavab verib.
V.Hüseynov İTV-nin əməkdaşının "Qeyd edirsiniz ki, ərazidə 30 ilə yaxındır, qanunsuz fəaliyyət göstəriblər. Sənədləri olmayıbsa, necə fəaliyyət göstəriblər?" sualına belə cavab verib: "Maraqlı sualdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarımıza can sağlığı versin. Allah cənab Prezidentimizi qorusun. O dövrlərdə torpaqlarımız işğaldan azad deyildi. Burada keçmiş məcburi köçkünlər işləyirdi. Qanunsuz şəkildə işləyiblər. Amma bildiyiniz kimi böyük qayıdışlar başlayıb..."

Göründüyü kimi, sual kənarda qalıb, cavab isə başqadır...




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...